Tramp yaxın günlərdə Putinlə İrkutskdə ehtimal olunan taun xəbərlərini müzakirə edəcəyini bildirib
08.10.2026

Tramp jurnalistlərin bu mövzunu Putinlə müzakirə edib-etmədiyi barədə sualına cavabında söhbətin "yaxın vaxtlarda" reallaşacağını deyib. Bu barədə AFP məlumat yayıb.

Tramp bundan əvvəl ABŞ-nin Rusiyaya yardım göstərməyə hazır olduğunu bildirmişdi.

Oktyabrın 6-da ABŞ-nin Rusiyadakı səfirliyi İrkutsk vilayətində ehtimal olunan ağciyər taunu yoluxması və karantin tədbirləri barədə məlumatlarla əlaqədar ABŞ vətəndaşlarına xəbərdarlıq edib. Amerikalılara karantinə alınmış obyektlərdən uzaq durmaq, qızdırma və ya tənəffüs yolları simptomları yarandıqda tibbi yardım almaq tövsiyə olunub.

İrkutsk Taun Əleyhinə İnstitutunun əməkdaşının Şelexov şəhər xəstəxanasında ölümündən sonra mümkün ağciyər taunu halı barədə məlumatlar yayılıb. Bir neçə media qurumu mənbələrə istinadən ölümə ağciyər taununun səbəb ola biləcəyini yazıb. Xəstə ilə təmasda olan şəxslərin müşahidə altına alındığı bildirilib. Diaqnoz rəsmi təsdiqlənməyib.

visiontv.az