Portağal qazı və ya insan müharibələrində məhv edilən bitkilər
08.10.2026

“Portağal qazı” (Agent Orange) ABŞ ordusu tərəfindən Vyetnam müharibəsi (1961–1971) zamanı istifadə olunan kimyəvi herbisid idi. Məqsəd birbaşa insanları deyil, bitkiləri hədəfə almaq idi.

Səbəb isə meşələrin düşmən qüvvələrinə sığınacaq və ərzaq mənbəyi yaratması idi. Sıx tropik bitki örtüyü partizanların gizlənməsinə şərait yaradırdı, buna görə də yarpaqların tökülməsinə səbəb olan və kökləri məhv edən bu maddə ilə milyonlarla hektar meşə və əkin sahəsi zəhərləndi. Qazın tərkibindəki dioksin son dərəcə toksik olub, torpaqda onillərlə qalır, bitkilərin yenidən böyüməsini əngəlləyir və qida zəncirinə daxil olaraq insan və heyvan orqanizmlərinə təsir göstərir. Nəticədə həm ekosistemlər dağıldı, həm də minlərlə insan genetik xəstəliklər və xərçənglərlə üzləşdi. Bu hadisə göstərdi ki, insan müharibələr zamanı necə təkcə özü üçün deyil həm də planetin yaşıl həyatı üçün böyük təhlükəyə çevrilə bilər.

Neandertal

visiontv.az