Günəbaxan bitkisini dadlı tumlarından başqa yadda qalan edən digər bir xüsusiyyəti də onun çiçəklərinin günəşi çıxandan batana kimi üzünü ona çevirərək izləməsidir. Məhz bitkinin dilimizdəki adı da bundan irəli gəlir.
Bitkinin bu xüsusiyyəti onun çiçək altı gövdəsində yerləşən motor hüceyrələrinin fəaliyyəti ilə bağlıdır. Bu hüceyrələr ion nasosu vasitəsilə kalium ionlarını hüceyrə daxilinə çəkərək onun şişməsinə və müvafiq olaraq uzanmasına səbəb olur. Günəş çıxan zaman bitkinin qərb istiqamətinə yerləşən bu hüceyrələrin fəaliyyətə keçməsi nəticəsində qərb tərəfdəki gövdə uzandığı üçün gün ərzində çiçəyin şərqdən qərbə doğru dönməsi baş verir.
Bundan əlavə aparılan tədqiqatlar zamanı günəbaxanın çiçəyinin süni işıq mənbəyi (məs. lampa) istiqamətinə də dönmə qabiliyyətinə malik olduğu aşkar edilmişdir. Bitki hissələrinin bu cür işıq istiqamətində hərəkət etməsi heliotropizm (yunanca "günəşə dönən") adlanır.
Neandertal
visiontv.az