ABŞ Prezidenti Donald Tramp İranla müharibənin yenidən başlama ehtimalını istisna etməyib.
Tramp bu barədə təyyarədə jurnalistlərə açıqlamasında bildirib.
O, İran ordusunu darmadağın etdiyini iddia edib və yenidən İranda “təmizlik işi” görmək ehtimalının mövcud olduğunu deyib.
Tramp ABŞ-ın müharibəni digər ölkələrin, xüsusilə də Pakistanın xahişi ilə dayandırdığını qeyd edib.
“Mən bunun tərəfdarı deyildim, amma biz bunu Pakistana yaxşılıq kimi etdik”, - ABŞ lideri əlavə edib.
visiontv.az