Tramp İranla müharibənin tezliklə bitəcəyinin anonsunu verdi
17.03.2026

"ABŞ-nin İranla münaqişəsi çox tezliklə başa çatacaq".

Visiontv.az  RBC-ya istinadən xəbər verir ki, bunu  ABŞ Prezident Donald Tramp  Ağ Evdə keçirilən tədbirdə bildirib.

"Bu, çox vaxt aparmayacaq", - deyə o bildirib.

Vaşinqtonun müharibəni bu həftə bitirə biləcəyi sualına respublikaçı "Mən belə düşünmürəm, lakin bu, tezliklə olacaq" cavabını verib və münaqişə başa çatdıqda dünyamızın daha təhlükəsiz olacağını əlavə edib.

visiontv.az