Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
14.10.2026

Ötən gün Təbrizin Baömeşə məhləsində 45 yaşlı ailə başçısı həyat yoldaşı və iki övladını öldürüb.

Bu haqda yerli polis idarəsi məlumat yayıb.

Kimliyi açıqlanmayan qatilin cinayəti törətdikdən sonra intihar etdiyi bildirilib.

İlkin məlumatlargörə qətl ailə münaqişəsi zəminində baş verib.

Qeyd edək ki, son illər İranda ailə qətlləri əhəmiyyətli dərəcədə artıb.

Sosioloqlar bunun ağır iqtisadi təzyiq, psixoloji travma və qanundakı boşluqların birləşməsinin nəticəsi olduğunu bildirirlər.

visiontv.az