Almaniyada bir robotun 16 yaşlı bir qıza qarşı cinsi qısnama etdiyi iddia olunur. Polis həmin robotu idarə etməkdə ittiham olunan iki gənc barəsində istintaq başladıb.
Bu barədə Visiontv.az "TRT Haber" nəşrinə istinadən məlumat verir.
Polisin "Facebook" səhifəsində verdiyi məlumata görə, 120 santimetr hündürlüyü olan robot gecəyarısı dostları ilə birlikdə gəzən qıza arxadan yaxınlaşıb. Hadisə şəhər mərkəzinə yaxın fastfud obyektlərindən birinin qarşısında baş verib. Robot qızın ombasından tutub və ona qarşı qeyri-etik hərəkətlər edib, qız qışqıraraq qaçıb.
Bundan sonra Köln polisi robotun 16 yaşlı sahibi və sahibinin 19 yaşlı dostunu qısa müddət sonra bir küçə aralıda tapıb, həmçinin gənclərin avtomobilin arxasında gizlətdikləri qırmızı-qızılı rəngli robotu müsadirə edib.
Polis tərəfindən paylaşılan fotoda robotun qara bığlı olduğu, boynunda qızılı zəncir olduğu və ağ mayka geyindiyi görünür.
Polis robotla yanaşı şübhəlilərə məxsus iki mobil telefonu da müsadirə edib. Hadisə zamanı robotun hərəkətlərinin qəsdən idarə olunub-olunmadığını araşdırılır.
visiontv.az