Təbrizdə 16 işçi zəhərlənib
04.12.2024

İş yerində təhlükəsizlik sisteminin olmamasına görə Təbrizdə 16 işçi dəm qazından zəhərlənib.

Bu barədə "İlna" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Təbriz-Əhər şosesində yerləşən geyim istehsalı sexində baş verib.

Sözügedən işçilər xilasedicilər tərəfindən xilas edilərək xəstəxanalara yerləşdiriliblər.

Onlardan bir neçəsinin vəziyyətinin aır olduğu bildirilib.

Qeyd edək ki, İran iş yerlərində təhlükəsizlik qaydalarının qorunmadığına və işçilərin ölüm sayına görə, dünya ölkələri arasında ən aşağı pillələrdən birində, 102-ci yerdədir.

visiontv.az