İranda dollar yenə bahalaşdı
04.12.2024

İran pulunun ucuzlaşmasının davamında, ABŞ dolları tümən qarşısında yenədə bahalaşıb.

Bu barədə Tehran azad bazarındakı mənbələrin yaydığı məlumatda bildirilib.

Məlumata görə, bu gün hər 1 ABŞ dolları 71 min tüməndən bahaya satılıb.

İqtisadçıların fikrincə, valyutanın bahalaşmasının səbəblərindən biri Məsud Pezeşkianın dünən axşam yanacağın qiymətinin bahalaşması ehtimalı barədəki çıxışıdır.

visiontv.az