TDT ölkələri arasında TÜRKPOL-un yaradılması təklif edilir
11.09.2026

Türk Dövlətləri Təşkilatı (TDT) arasında transmilli cinayətkarlıqla mübarizə aparmaq üçün yeni təşkilat- TÜRKPOL-un yaradılması təklif edilir.

Visiontv.az  "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi TDT daxili işlər nazirinin Astanada baş tutan 3-cü görüşü ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, TDT üzvləri bu təklifi dəstəkləyib.

"Gələcəkdə TÜRKPOL-un yaradılması ilə sərhədlərarası cinayətlər və cinayətkarlarla mübarizə sahəsində əməkdaşlığımızın və güc birliyimizin daha da artacağına inanıram", - deyə türkiyəli nazir bildirib.

Qeyd edilib ki, yaradılması təklif edilən bu təşkilat İnterpol və  Avropa İttifaqının Hüquq Mühafizə Orqanları üzrə Əməkdaşlıq Agentliyinin (Evropol) bənzəri ola bilər.

visiontv.az