“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
07.09.2026

1 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində “44” bədii filminin çoxdan gözlənilən premyerası baş tutacaq.

Bu barədə  Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru  Anar Ələkbərov sosial şəbəkə hesabında bildirib.

Qeyd edilib ki, daha sonra filmin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.

"Premyera ərəfəsində 12 tizer hazırlanıb və qarşıdakı həftələr ərzində onları sizinlə paylaşacağıq. Bu gün isə diqqətinizə filmin rəsmi posterlər silsiləsini təqdim edirik. İlk tizer artıq sabah paylaşılacaq", - paylaşımda qeyd olunub.

visiontv.az