Sloveniyanın Baş naziri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndirib
12.11.2026

"Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirirəm."

Bunu Sloveniyanın Baş naziri Yanez Yanşa  Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“25 il əvvəl Cənub axını (South Stream) layihəsinin uzadılması uğrunda apardığımız mübarizəni xatırlayıram. Məqsəd Avropanın enerji təchizatı baxımından yalnız bir mənbədən, xüsusilə də Rusiyadan asılı vəziyyətdə qalmamasını təmin etmək idi. Təəssüf ki, apardığımız mübarizə uğurla nəticələnmədi. Əgər həmin layihə həyata keçirilsəydi, bu gün bütün Avropa tamamilə fərqli vəziyyətdə olardı. Buna görə də  Xəzər hövzəsinin enerji potensialı  Avropanın enerji təhlükəsizliyi baxımından çox böyük əhəmiyyət daşıyır. Azərbaycan təkcə təhlükəsizlik məsələləri baxımından deyil, həmçinin ilk növbədə  Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarına görə əhəmiyyətlidir. Bütün bu enerji mənbələrinin  Avropanın strateji muxtariyyətinə töhfə verməsi ümumi marağımıza uyğundur”, - deyə o, qeyd edib.

visiontv.az