Rəsmi Moskva: Tərəflər Əbu-Dabidəki danışıqlardan sonra irəliləyiş əldə ediblər
12.11.2026

Tərəflər Əbu-Dabidəki danışıqlardan sonra irəliləyiş əldə ediblər.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, bu, danılmaz faktdır.

Ryabkov qeyd edib ki, bu günki danışıqlarda Vladimir Putin Rusiyanın mövqeyini amerikalı danışıqçılara çatdıracaq.

Rusiyalı nazir müavini  ABŞ-ın bundan sonrakı vəzifəsinib  Avropadakı tərəfdaşlarını inandırmaq olduğunu söyləyib.

Ryabkov vurğulayıb ki,avropalılar hazırda sağlam düşüncədən istifadə etməyə meylli deyillər, onlar Kiyevi kor-koranə dəstəkləmək niyyətindədirlər.

O bildirib ki, ABŞ və  Avropa yanaşmalarında ciddi bir boşluq var və avropalıların Ukrayna danışıqlarına cəlb edilməsi faydalı səylərin dayandırılmasına gətirib çıxara bilər.

visiontv.az