İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) yeni yeraltı raket kompleksini nümayiş etdirib.
İran mediası İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin və SEPAH-ın raket bölməsinin komandirinin ballistik raketlərin, döyüş başlıqlarının və mobil buraxılış qurğularının yerləşdirildiyi yeraltı tunellərə baxış keçirməsini əks etdirən görüntülər yayımlayıb.
Baxış zamanı Abdullahi döyüş meydanında qabaqcıl raketlərin tətbiqinin rəqib üçün gözlənilməz olacağını bildirib.
Bu nümayiş ABŞ prezidenti Donald Trampın İranın hərbi potensialının zəiflədiyi barədə açıqlamaları fonunda baş tutub.
visiontv.az
Gürcüstan Prezidenti Ərdoğanla Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini müzakirə edib