Günəşdə gözlənilməz güclü partlayış olub
12.11.2026

Günəş aktivliyinin ümumi azalma meyilinə baxmayaraq, gecəyarısı ərəfəsində Günəşdə güclü alışma qeydə alınıb.

Bu barədə Rusiya Elmlər  Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasından məlumat verilib.

"Gecəyarısı Günəşin 4566 nömrəli əsas aktiv zonasında qəfildən M kateqoriyalı alışma baş verib. Bu qrupa aid olan hadisələr rəsmi olaraq güclü hesab edilsə də, faktiki olaraq həmin partlayış öz qrupunun ən aşağı həddində - M1.7 bal gücündə olub. Bunun ardınca isə daha aşağı olan C kateqoriyalı bir sıra alışmalar qeydə alınıb", - deyə məlumatda qeyd olunur.

Aktivliyin qısamüddətli artmasına baxmayaraq, Günəşdəki ümumi vəziyyət əvvəlki kimi qalmaqdadır.

Yeni güclü partlayışlar üçün enerji ehtiyatının əsasən tükəndiyi, ulduzun aktiv bölgələrində isə günəş ləkələrinin parçalanması prosesinin davam etdiyi bildirilir.

Qeyd edək ki, rentgen şüalanmasının gücünə görə günəş alışmaları beş sinfə bölünür: A, B, C, M və X.

Ən kiçik A0.0 sinfi Yer orbitində 1 kvadratmetr üçün 10 nVt şüalanma gücünə uyğundur. Növbəti tərəfə keçid zamanı güc 10 dəfə artır. Alışmalar günəş plazmasının atılması ilə müşayiət oluna bilər ki, bu plazma buludları Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilir.

visiontv.az