Səudiyyə Ərəbistanında husilərin hücumlarından sonra yüzlərlə aviareys ləğv edilib
12.10.2026

Səudiyyə Ərəbistanında Yəmən husilərinin Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına hücumlarından sonra yüzlərlə aviareys ləğv edilib.

Bu barədə "Reuters" "Cirium" analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.

Şirkətin məlumatına görə, oktyabrın 11-də Ər-Riyad hava limanı planlaşdırılan reyslərin 99,7 %-ni ləğv edib. Bu gün Səudiyyə Ərəbistanının paytaxtında reyslərin təxminən 60 %-nin, bütün ölkə üzrə isə üçdə birindən çoxunun ləğv ediləcəyi gözlənilir.

Öz növbəsində, "Flightradar24" xidməti Ər-Riyad hava limanında ləğv edilmiş reyslərin payını təxminən 78 % olaraq qiymətləndirir.

Hücumlar fonunda  Almaniyanın "Lufthansa" aviaqrupu Ər-Riyada uçuşları oktyabrın 16-dək dayandırıb, "Air France-KLM" isə məhdudiyyətləri ayın sonunadək uzadıb.

Xatırladaq ki, husilərin Ər-Riyada hücumlarından biri nəticəsində 13 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Sonrakı zərbə zamanı daha bir nəfər ölüb, 12-yə yaxın insan xəsarət alıb.

visiontv.az