İsfahan mollası hicabsızları təhdid etdi
12.10.2026

Hicab və iffət məsələsində açıq-aşkar və kobud davranan insanların müəyyən edilməsi işi bir müddətdir ki, başlayıb və onlar məsuliyyətə cəlb olunacaqlar.

Bunu İsfahan əyalətinin məhkəmə sisteminin başçısı Əsədullah Cəfəri deyib.

"Hicab Allahın hökmüdür, qanun və xalqın tələbidir və məhkəmə sistemi ilahi hökmü icra etməyə hazırdır və onu icra edir”,- o əlavə edib.

İsfahanlı molla heç kimi buna etiraz etmək hüququnun olmadığını bildirib:

“Allahın aydın və açıq hökmü olduğu yerdə heç kimin etiraz etmək hüququ yoxdur, hicab qanununun icrası ilə bağlı qanunlarımız var və məhkəmə sistemi olaraq qanunun tətbiqində heç bir qorxumuz yoxdur.”

Cəfəri bəzilərinin bütün qırmızı xətləri keçdiyini deyib və onların buna görə sərt cəzalandırılacaqları ilə hədələyib.

Bu, İranın müxtəlif bölgələrində, xüsusən böyük şəhərlərin qız məktəblərində şagirdlərin məcburi hicab qaydalarına etiraz yenidən artması ilə eyni vaxta təsadüf edir.

visiontv.az