İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə aid olduğu aşağıdakı rəsmi sənəd fars-molla rejiminin iç üzünü bir daha ortaya qoyur. Sənəddə rejiminin təhlükəsizlik strukturlarının, xüsusilə də kiber bölmələrinin, xaricdə Rza Pəhləvini siyasi fiqur olaraq necə yönləndirdiyini və onun üzərindən ictimai rəyi manipulyasiya etməyə çalışdığını açıq görünməkdədir.
Sızan məktubda SEPAH-ın ali komandanlığına istinadən, ölkə daxilində etiraz dalğaları səngidikdən sonra xaricdə fəaliyyət göstərən müxalif qüvvələrin sorğular və ictimai rəy mexanizmləri vasitəsilə cəmiyyəti yönləndirməyə çalışacağı qeyd edilir.
Bu prosesə qarşılıq olaraq isə SEPAH-ın nəzarətində olan kiber resursların və avtomatlaşdırılmış hesabların aktivləşdirilməsi tapşırılır.
Sənəddə ən diqqətçəkən məqam isə Rza Pəhləvinin adının xüsusi olaraq vurğulanmasıdır.
Məktubda onun “xoşxasiyyətli əks-inqilabçı” kimi təqdim edilməsi və ictimai rəyin məqsədli şəkildə onun lehinə yönləndirilməsinin tövsiyə edildiyi görünür.
Bu ifadə, Rza Pəhləvinin müstəqil müxalif fiqur deyil, rejim tərəfindən idarə olunan və yönləndirilən bir layihə ola olduğu bir daha üzə çıxmış olur.
Bu yanaşma İran fars molla rejiminin təhlükəsizlik strukturlarının klassik strategiyasına uyğundur. Onlar
real müxalifət ola biləcək cəryanları zəiflətmək üçün öz nəzarətində saxladığ, ideolojik-siyasi sistem uyğun və təhlükəsiz alternativ fiqurun önə çıxmasına hər tərəfli şərait yaradır.
Sepah illərdir mediada Rza Pəhləvini müxtəlif formalarda gündəmə gətirərək onun rejimə qarşı “sərt” tənqilərini gündəmə gətirir onu öz daxili mediasında yayınlayır və beləliklə Rza Pəhləvinin Qərb platformalarında problemsiz gündəmə gətirilməsinə şərait yaratmış olur.
Aşağıdakı sənəd rəsmi şəkildə rejim tərəfinfən təsdiqlənməməsinə baxmayaraq, mətnin dili, strukturu və terminologiyası onun SEPAH daxilində istifadə olunan yazışma üslubu ilə üst-üstə düşdüyü göstərir.
Bu isə Rza Pəhləvinin illərdir formalaşdırılan “alternativ lider” imicinin arxasında kimin dayandığı sualına bir daha aydınlıq gətirmiş olur.
Aşağıda təqdim olunan sənəd həmin məktubun tərcüməsi və Azərbaycan türkcəsinə çevirilmiş mətnidir.
Tərcümə
İran İslam Respublikası
Tarix: 21.03.2022
Nömrə: 4020
Əlavə: Qeydlər
“İstehsal üçün sərmayə ili”
Göndərən: General-leytenant, Sepah pasdarı Məhəmməd Pakpur
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanı
Alan: İslam İnqilabı Keşikçiləri Korpusunun Kiber Təhlükəsizlik Komandanlığı
Salam aleykum,
Məhəmməd və onun Əhli-beytinə salavat göndərərək bildiririk ki, iğtişaş dalğaları səngidikdən sonra xaricdə olan əks-inqilabçı ünsürlər ictimai rəyi idarə etmək məqsədilə saxta sorğular (anketlər) keçirməyə çalışacaqlar. Bu səbəbdən həmin hörmətli komandanlıq öz nəzarətində olan robotları aktivləşdirərək bu sorğularda təsirli rol oynamalı və auditoriyanın fikrini “xoşxasiyyətli əks-inqilabçı” kimi Rza Pəhləvinin dəstəklənməsi istiqamətinə yönəltməlidir.
Uğur Allahdandır.
General-leytenant, Sepah pasdarı Məhəmməd Pakpur
İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanlığı
Sadiq İsabəyli
visiontv.az