NASA-nın ilk Ay missiyasının adı Apollon idi. 50 il sonrakı isə Artemis (Artemida) adlanır.
Klassik mifologiyaya görə onlar bacı-qardaşdırlar.
Hesiod (Hesiodos, miladdan əvvəl 8-ci əsr) belə yazır:
"Leto Apollonu Zevsdən gətirdi dünyaya,
Və oxatan Tanrıça Artemisi.
Uran ən gözəl nəvələri idi onların”.
***
NASA insanoğlunun Aya geri qayıtmasını rəsmi olaraq təsdiqlədi.
1972-ci ildə Apollo 17 missiyasından bəri kimsə Yer kürəsinin aşağı orbitindən kənara çıxmamışdı. Nəhayət, 54 il sonra 6 fevral 2026 tarixində Artemis II missiyasına start veriləcək.
Bu 10 günlük uçuş astronavtları Ay ətrafında səyahətə göndərəcək və gələcək Aya enişlər üçün vacib önəmli sınaq olacaq. Ekipaj 4 nəfərdən ibarətdir:
1. Jeremy Hansen, Kanada Kosmik Agentliyi
Avionika testləri, trans-Earth injection monitorinqi və dərin kosmos istiqamətli kommunikasiya sistemlərinin optimizasiyası.
2. Reid Wiseman (komandir), NASA
Əməliyyat və dərin kosmik sistemlərin idarəedilməsinə cavabdehdir.
3. Victor Glover (pilot), NASA
Orion kosmik gəmisinin uçuş və manevr parametrlərinin təmini, SLS ayrılması və translunar injection mərhələlərinin koordinasiyası.
4. Christina Koch (missiya uzmanı), NASA
Dərin kosmik həyat dəstək sistemlərinin, bioloji nəzarət sensorlarının və uçuş təcrübəsinin qiymətləndirilməsi.
Christina Koch, Yer kürəsinin aşağı orbitindən kənara çıxan ilk qadın kimi tarixə düşəcək, Hansen isə Ay missiyasında iştirak edən ilk Kanadalı olacaq.
Artemis II eniş etməsə də, NASA-nın Orion kosmik gəmisini və kosmik kəşfiyyat sistemlərini real şəraitdə sınaqdan keçirəcək. Floridadakı Kennedi Kosmik Mərkəzindən buraxılışdan sonra heyət həyat dəstəyi və digər vacib sistemlərini yoxlayacaq.
Daha sonra onlar Ayın cazibə qüvvəsindən istifadə edərək klassik səkkiz rəqəmli trayektoriya üzrə onun uzaq tərəfində fırlanaraq Ayın ətrafından enjeksiyon yanması həyata keçirəcəklər.
Missiya astronavtları Yer kürəsinin ən uzaq nöqtəsindən 230.000 mildən çox məsafə qət edəcək və əlavə mühərrik yanması olmadan Yerə qayıtmağa imkan verən sərbəst dönüş yolundan keçərək Sakit Okeanda başa çatacaq.
21-ci əsrin ilk ekipajlı Aya enişi 2027-ci il üçün hədəflənir.
Artemis II missiyası da bu yolu açmaq üçündür.
Bu missiya sadəcə nostalji deyil, dərin kosmik əməliyyatların praktiki kommersiya və elmi baxımdan yenidən bazaya çevrilməsi üçün bir sınaqdır.
İbrahim Nəbioğlu
visiontv.az