Lavrov sabah erməni spikerlə regional problemləri müzakirə edəcək
04.02.2026

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşəcək.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Lavrov-Simonyan görüşü fevralın 5-də keçiriləcək.

Zaxarova görüşdə ikitərəfli əməkdaşlıq və regional problemlərin müzakirə olunacağını vurğulayıb.