“İranın Z Nəsli etirazların əsas iştirakçıları oldu”
04.02.2026

“The Wall Street Journal” qəzetinin araşdırmasına görə, İranın Z Nəsli ölkədə baş verən kütləvi hakimiyyət əleyhinə etirazların təşkilində və iştirakında mühüm rol oynayıb. Etirazların yatırılması zamanı ən çox itki verənlər də məhz bu gənclər olub.

Məlumata görə, öldürülən qurbanların təxminən yarısı Z Nəslinə məxsusdur. Qəzet yazır ki, etirazlar əvvəlcə iqtisadi böhrandan qaynaqlanıb, ancaq gənclərin fəal iştirakı onları ölkənin siyasi sisteminə birbaşa meydan oxumağa çevirib.

WSJ İranın müxtəlif şəhərlərində keçirilən etirazlar zamanı yeniyetmələrin ö\ldürülməsi ilə bağlı təsdiqlənmiş bir neçə hadisəyə istinad edir. Qəzetin mənbələrinə görə, qurbanlardan bəziləri xəstəxanalara aparılıb, bəziləri isə repressiv qüvvələr tərəfindən həbs edilib.

Nəşr vurğulayır ki, İslam Respublikasının addımları müasir İran tarixində siyasi repressiyaların ən sərt epizodlarından biri olaraq dəyərləndirilir.

visiontv.az