Bundan əvvəl Beyrutda peycer oartlamaları nəticəsində yaralanan və müalicə üçün Tehrana aparılan İran səfiri Müctəba Amani Beyruta geri qayıdıb.
Bu barədə İran mediası məlumat yayıb.
"Müctəba Amanini Beyrutda, Hizbullah, Əməl Hərəkatı və başqa fələstinli qrupların üzvləri qarşılayıblar",- məlumatda bildirilib.
Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda kibermüdaxilə nəticəsində müxtəlif rabitə qurğularında baş vermiş partlayışlarda ümumilikdə 879 nəfər həlak olub, 4500 nəfər yaralanıb.
Onlardan 131-i iranlı, 79-u yəmənli və 291-i Hizbullahın yüksək rütbəli üzvləridir.
visiontv.az