Pentaqon ordunun baş qərargah rəisinin istefasını açıqladı
03.04.2026

ABŞ Hərb Nazirliyi (Pentaqon) ordunun baş qərargah rəisi, general Rendi Corcun istefa verdiyini açıqlayıb.

Visiont.az  Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə Pentaqon rəsmisi  Şon Parnell sosial şəbəkə hesabında məlumat paylaşıb.

Nazirliyin rəsmisi bildirib ki, qərargah rəisi təqaüdə çıxdığına görə tutduğu postdan ayrılıb.

"Washington Post" qəzeti isə Pentaqondakı mənbələrinə istinadən xəbər verib ki, Corcdan başqa ABŞ ordusunun daha bir generalı vəzifəsindən kənarlaşdırılıb.

Məlumata görə, sözügedən şəxs ordunun təlim və transformasiya komandanlığının rəisi Devid Hodnedir. Bundan başqa ordunun baş kapellanı, mayor Uilyam Qrin də postundan uzaqlaşdırılıb.

visiontv.az