Özəl şirkət Yaxın Şərqdə ABŞ-nin neft obyektlərini mühafizə edəcək.
Visiontv.az xəbər verir ki, "Autonomous Power Corporation" şirkəti, "Powerus" brendi ilə fəaliyyət göstərərək, Yaxın Şərqdə neft-qaz infrastrukturunun pilotsuz uçuş aparatlarının hücumlarından qorunması üçün sistemlərin tədarükünə dair 22,3 milyon dollarlıq müqavilə imzalayıb.
Sistemlər pilotsuz uçuş aparatlarının aşkarlanmasını, izlənməsini və təsnifatını, həmçinin mümkün təhdidlər barədə erkən xəbərdarlığı təmin edəcək.
Müqavilə çərçivəsində avadanlıq və proqram təminatının tədarükü, sistemlərin quraşdırılması və iki il müddətində texniki xidməti nəzərdə tutulur.
Şirkət sifarişçinin adını və sistemlərin yerləşdiriləcəyi konkret əraziləri açıqlamayıb. Gələcəkdə kompleksin pilotsuz uçuş aparatlarının qarşısının alınması və zərərsizləşdirilməsi üçün əlavə texnologiyalarla təchiz edilməsi də mümkündür.
visiontv.az