Qarşıdakı günlərdə hava sabit keçəcək, 41 dərəcəyədək isti olacaq
21.08.2026

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək.

Bu barədə Milli Hidrometeorologiya  Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda  və  Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi  Aran və Naxçıvan MR-nın bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.

visiontv.az