Orban Putinin "elçisi" olmağı təklif etdiyi barədə danışığın baş tutduğunu təsdiqləyib.
“Bu doğrudur. Mən prezident Putinlə müharibənin dayandırılması və Budapeştdə ABŞ–Rusiya sülh sammitinin təşkili barədə danışmışam. Bəs siz sülh üçün nə etmisiniz?” - deyə Macarıstanın baş naziri “X” sosial şəbəkəsində yazıb.
O, bu sözlərlə Polşanın baş naziri Donald Tuskun tvitinə cavab verib. Tusk öz paylaşımında qeyd etmişdi: “Orban Putinə bildirib ki, istənilən məsələdə onun xidmətindədir”.
visiontv.az