ABŞ Hərbi Dəniz Qüvvələri 34 yeni gəminin inşası üçün 2027-ci maliyyə ili üçün rekord məbləğdə - 65,8 milyard dollar vəsait istəyib.
Bu proqram "Soyuq müharibə" dövründən bəri ən böyük hərbi gəmiqayırma layihələrindən biri hesab olunur. Əsas diqqət Sakit okeanda strateji çəkindirmə amilinə yönəlib. Prioritet layihə isə 15,2 milyard dollar dəyərində olan, 2080-ci illərə qədər nüvə triadasının dəniz hissəsinin əsas elementi sayılacaq "Columbia" sinfinə məxsus atom sualtı qayığıdır.
Büdcədə həmçinin iki ədəd "Virginia" çoxməqsədli sualtı qayığının və əlavə "Arleigh Burke Flight III" esminesinin inşası nəzərdə tutulur. Bu esmines aviadaşıyıcı qrupları üçün "Hava Hücumundan Müdafiə çətiri" rolunu oynayacaq ən müasir "AN/SPY-6(V)1" radarı ilə təchiz ediləcək.
Plandakı gözlənilməz yeniliklərdən biri isə "paylanmış dəniz əməliyyatları" konsepsiyasına keçiddir. Bu məqsədlə dəniz piyadalarını sahilə daşıya bilən 6 ədəd orta desant gəmisi (LSM), "John Lewis" tankerləri, üzən xəstəxanalar və hidroakustik müşahidə gəmiləri üçün vəsait tələb olunub.
Proqramın ən iddialı bəndi isə yeni nəsil "Trump" (BBG-X) sinfi linkorların hazırlanması və istehsalı üçün 1 milyard dolların ayrılmasıdır. 40 000 ton su tutumuna malik olacaq bu nəhəng gəmilərin hipersəs və ballistik raketlərlə, həmçinin elektromaqnit relsotronlarla silahlandırılması planlaşdırılır
visiontv.az