ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan atəşkəs razılaşmasından sonra strateji Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün maraqlı bir təklif irəli sürüb. Tramp su yoluna nəzarəti İranla şərikli şəkildə həyata keçirməyin mümkün olduğunu bildirib.
ABC News-a verdiyi müsahibədə prezident bu ideyanı belə şərh edib:
“Biz bunu bir növ 'birgə müəssisə' (joint venture) kimi etməyi düşünürük... Bu, gözəl bir şeydir.”
Trampın sözlərinə görə, bu cür şərikli nəzarət boğazın təhlükəsizliyini qorumaqla yanaşı, kənar ölkələrin prosesə müdaxiləsinin də qarşısını alacaq. Müsahibə zamanı o, həmçinin vurğulayıb ki, İranın tranzit keçidləri üçün rüsum tətbiq etmək istəyinə baxmayaraq, ABŞ hələ də bu məsələdə son sözü deməyib və danışıqlar davam edir.
visiontv.az