OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) müxtəlif ölkələr üzrə apardığı araşdırmaya əsasən süni intellektdən ən çox istifadə edənlər sırasında Azərbaycan müəllimləri ön sıralardadır.
Bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsildə rəqəmsallaşma" mövzusunda təlim-müzakirə sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, sözügedən sahədə Azərbaycan dünyada birinci yerdə deyil, lakin yuxarı sıralarda qərarlaşıb:
"Araşdırmalar göstərir ki, Azərbaycan müəllimləri süni intellektdən kifayət qədər geniş istifadə edirlər. Xüsusilə dərslərin planlaşdırılması və hazırlanması prosesində bu alətlərdən aktiv yararlanırlar".
visiontv.az