Bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xarici işlər nazirinin tapşırığı ilə bu gün İran İslam Respublikasının Böyük Britaniyadakı müvəqqəti işlər vəkili nazirliyə çağırılıb. Cənab Nəsimfər SEPAH-ın “əl-Qüds” qüvvələrinin mart-may ayları ərzində Avropada baş vermiş bir sıra hücumun əlaqələndirilməsindəki roluna görə nazirliyə çağırılıb”, - məlumatda deyilib.
Qeyd olunub ki, SEPAH-ın fəaliyyəti Böyük Britaniya və onun müttəfiqlərinin təhlükəsizliyini sarsıtmağa yönəlib.
Xatırladaq ki, iyulun 13-də Birləşmiş Krallıq SEPAH-ı qadağan olunmuş təşkilat elan edib.
Bu, İran hökumətinin etirazı ilə qarşılaşıb və İran Xarici İşlər Nazirliyi bunun fəsadları və nəticələrinə görə Böyük Britaniyanın məsuliyyət daşıdığını deyib.
visiontv.az