Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
15.07.2026

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Ermənistana 17 milyon 128.64 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Visiontv.az  bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici   Azərbaycanın ümumi ixracının 0,10%-ni təşkil edib.

Bu ilin yanvar-iyun aylarında  Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 661.35 milyon  ABŞ dolları təşkil edib.

visiontv.az