“Netanyahu adını tarixə Qəzza qəssabı olaraq yazdırıb”
Videonu Aç
29.11.2023

Türkiyə prezidenti AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan “Qəzzada ötən əsrin ən böyük vəhşiliklərindən birini törədən Netanyahu artıq adını tarixə `Qəzza qəssabı` kimi yazdırıb” deyə bildirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, AK Partiya Böyük Millət Məclisi Qrup Toplantısında çıxış edən prezident Ərdoğan, çıxışına “Fələstinliləri, məzlum və qürurlu Qəzza xalqını ən səmimi sevgilərimlə salamlayıram” deyərək başlayıb. 

“Netanyahu administrasiyasından gələn açıqlamalar humanitar böhranın daimi atəşkəsə çevriləcəyinə dair ümidlərimizi azaldır” deyən Ərdoğan, İsrail ictimaiyyəti tərəfindən küncə sıxışdırılan Netanyahunun, siyasi ömrünü uzatmaq üçün daha çox qan tökməsi və daha çox can almasının qarşısı alınmalıdır” deyə qeyd edib. 

İlahə Əliyeva