Güneyli fəalın ailəsinə basqılar davam edir
14.12.2025

Bununla bağlı, milli fəal Vədud Əsədinin həyat yoldaşı Zəhra Purəsəd sosial media paylaşımında məlumat verib.

Zəhra Purəsədin sözlərinə görə, İran təhlükəsizlik orqanları ilə keçirdiyi görüşlərdə təhlükəsizlik məmurları ona əri Vədud Əsədini aclıq aksiyasını dayandırmağa razı salması üçün təzyiq göstəriblər.

Vədud Əsədinin əmisinin evində keçirilən bu qeyri-rəsmi görüşdə təhlükəsizlik məmurları Vədud Əsədi aclığı dayandıracağı halda onun Rəşt şəhər Məhkəməsindəki işinin bağlanacağını və azad ediləcəyini vəd ediblər.

Zəhra Purəsəd sosial media paylaşımında vurğulayıb ki, Vədud Əsədinin keçirdiyi aclıq aksiyası onun öz maraqlarının təmin olunması üçün yox, haqsızlığa uğrayan hər kəs üçündür.

O, sövdələşmə yolu ilə azadlığı qəbul etməyəcək.

Bundan başqa, Zəhra Purəsəd təhlükəsizlik məmurlarının güneyli vəkil və fəal Tahir Nəqəvinin evinə son basqını və həyat yoldaşının həbsi məsələsinə toxunaraq, artıq heç bir təhdid qarşısında susmayacağını bəyan edib.

visiontv.az