Müharibəyə görə 8 həmədanlı həbs edildi
16.03.2026

ABŞ-İran və İsrail müharibəsi ilə əlaqədar Həmədan şəhərində daha 8 nəfər saxlanılıb.

Bu barədə SEPAH-ın kəşfiyyat bölməsi məlumat yayıb.

"Onlar hücumların mümkün hədəfi kimi təqdim edilən bəzi yerlərin və nöqtələrin şəkillərini toplamaqda və onları düşmənə göndərmək niyyətində olmaqda ittiham olunurlar",- məlumatda bildirilib.

Kimliyi açıqlanmayan şəxslərin “müxalifət qrupları ilə əlaqə və əməkdaşlıq”da da şübhəli bilindikləri qeyd olunub.

Qeyd edək ki, fevralın 28-dən martın 16-a kimi eyni səbəbə görə yüzlərlə insan həbs edilib.

Onların çoxu "ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət"də ittiham olunublar.

visiontv.az