İran iraqlı silahlı qruplaşma üzvlərini ölkəyə gətirib
16.03.2026

Abadandan gələn məlumatlar göstərir ki, İraqda fəaliyyət göstərən İrana bağlı "Həşd əş-Şəbi" silahlı qruplaşmasının sox sayda üzvü İranın cənub şərqində yerləşən Xuzistan əyalətinin Abadan şəhərinə gətirilib.

Bu barədə xarici media yerli mənbələrə istinadən məlumat yayıb.

"Son günlərdə Abadana çox sayda qüvvənin köçürüldüyü müşahidə olunur; bu qüvvələr əvvəllər yanvar etirazlarını yatırmaq üçün bölgəyə göndərilmişdi",- məlumatda bildirilir.

İddia edilir ki, bu qüvvələrə məxsus bir sıra silah və hərbi nəqliyyat vasitələri Abadan Şəhər Mərkəzi keçidinin avtoparkında yerləşdirilib.

Mənbələrin bildirdiyinə görə, iki gün əvvəl əyalətin Xorrəmşəhr gömrük ərazisində də raket buraxılış qurğuları yerləşdirilib.

visiontv.az