Moskva hələlik Ermənistanda keçirilən seçkilərin nəticələrini qiymətləndirməyə tələsmir
08.06.2026

Erməni mətbuatı yazır: Əldə etdiyimiz məlumata görə, Ermənistanda keçirilən seçkilərin nəticələri rəsmi Moskva üçün gözlənilməz oldu. Bu gün səhər tezdən Rusiya Federasiyası Xarici İşlər Nazirliyində gərgin bir gözləmə atmosferi hökm sürür.

Diplomatik mənbələrin məlumatına görə, Moskva hələlik seçkilərin nəticələrini qiymətləndirməyə tələsmir və Ermənistan müxalifət liderlərinin açıqlamalarını diqqətlə izləyir.

Eyni mənbələrə görə, Rusiya tərəfi müxalifətin seçki nəticələrini tanıyıb-tanımayacağını anlamağa çalışır. Xarici İşlər Nazirliyinin bəzi dairələrində aşağıdakı məntiqin üstünlük təşkil etdiyi bildirilir: əgər müxalifət özü nəticələri tanıyırsa, Rusiyanın onları tanımaması məntiqsiz kimi qəbul edilə bilər. Maraqlıdır ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, «Ermənistandakı seçkilər qanuni sayıla bilməz.»

Bu səbəbdən, Moskva müxalif siyasi qüvvələr mövqelərini aydınlaşdırana qədər həm təbrik mesajlarından, həm də rəsmi qiymətləndirmələrdən çəkinmək qərarına gəlib.

İSMAYIL TANRIVERDİ, BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

visiontv.az