AB İrana qarşı dəniz naviqasiyası azadlığı ilə bağlı sanksiyalar tətbiq edəcək
08.06.2026

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bazar ki, AB ilk dəfə olaraq İrana qarşı dəniz naviqasiyası azadlığı ilə əlaqədar sanksiyalar tətbiq edəcək.

AB müdafiə nazirlərinin qeyri-rəsmi toplantısından əvvəl danışan Kallas deyib: “Bu, dəniz naviqasiyası azadlığı ilə bağlı sanksiyaların İrana qarşı ilk dəfə tətbiq olunacağı hal olacaq”.

O vurğulayıb ki, regionun yeni eskalasiyaya ehtiyacı yoxdur və tərəflər danışıqlar masası arxasına qayıtmalıdırlar.

Kallas əlavə edib ki, nazirlər həmçinin AB-nin regiondakı ASPIDES əməliyyatı çərçivəsində daha hansı addımların atıla biləcəyini müzakirə edəcəklər.

visiontv.az