Günəşdə güclü partlayışlar gözlənilir
08.06.2026

Günəşdə iyunun 8-9-da sondan əvvəlki güc sinfinə məxsus partlayışlar ola bilər.

Visiontv.az -ın  TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"8 və 9 iyun tarixlərində Günəşdə partlayış aktivliyi əsasən aşağıdır, M sinifli partlayışlar gözlənilir", - deyə məlumatda bildirilib.

Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

visiontv.az