Filippində baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 19-a çatıb, daha yeddi nəfər isə itkin düşmüş hesab olunur.
Visiontv.az xəbər verir ki, bu barədə "ABS-CBN" telekanalı məlumat yayıb.
Mülki Müdafiə İdarəsinin nümayəndəsi Cuni Kastilyonun sözlərinə görə, həlak olanlardan 16 nəfəri Sokksksarxen regionunun, üç nəfəri isə Davao bölgəsinin sakinləridir. Bununla yanaşı, 134 nəfərin xəsarət aldığı qeyd olunur.
visiontv.az