"Aylarla, illərlə internetə öyrəşən uşağın əlindən onu alanda aqressiya, təşviş pozuntularına, hətta intihar hadisələrinə qədər gətirib çıxara bilər".
Bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" layihələrin müzakirəsində deyib.
O, uşaqların naməlum səbəbdən intiharını xatırladıb və valideynlərlə müzakirəni nümunə göstərib:
"Çox vaxt uşağı intihar edən valideynlə söhbət edəndə deyirlər ki, biz heç vaxt hiss etməmişik ki, onda hansısa vəziyyət dəyişib. Kompüter oyunları uşağın psixologiyasının pozuntusuna, intiharına səbəb olur. Cəmiyyətdə yayılan "Göy balina" oyunu realizə olunmuş intiharların səbəbi olub. Qeyd edim ki, hər bir qadağa bir reaksiya yaradacaq. Buna görə də, qadağa etdiyimiz halda onlara alternativ tətbiqlər barədə düşünməliyik. Onlar o vaxtını nə ilə dolduracaqlar, bu çox önəmlidir", - rektor qeyd edib.
visiontv.az