MKA Azərbaycanda qanunsuz onlayn mərc oyunlarının qarşısını almaq üçün tədbirlər görəcək
02.06.2026

Azərbaycanda qanunsuz onlayn xarici lotoreya və idman mərc oyunlarının fəaliyyətinin qarşısının alınması üçün tədbirlər görüləcək.

Bu barədə  Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Milli  Kibertəhlükəsizlik  Agentliyinin (MKA) Nizamnaməsində qeyd olunub.

Belə ki, Agentlik  Azərbaycan lotereya təşkilatçısının və (və ya) idman mərc oyunları operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkilinin və keçirilməsinin, qumar oyunlarında iştirak üçün bilet satışının təşkilinin və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın qarşısını almaq üçün qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini təmin etməlidir.

Bu siyahıya həmçinin  Azərbaycandan xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısını almaq üçün qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini təmin etməlidir.

visiontv.az