İranda öyrəncilərə qarşı yenidən basqılar göstərilir
02.06.2026

İranın “Şərq” qəzeti ölkənin bir neçə universitetində tələbələrə qarşı yeni intizam qaydaları və sərt cəzaların tətbiqi ilə bağlı məlumat yayıb.

Qəzetin yazdığına görə, bu təzyiq dalğası universitetlərin yenidən fəaliyyətə başlamasından sonra güclənib. Bildirilir ki, müharibə səbəbindən bəzi ali təhsil ocaqlarının bağlanması fonunda bu proses davam edib.

Eyni zamanda “Əmirkəbir” Teleqram kanalının məlumatına əsasən, Şərif Texnologiya Universitetində 53 öyrənci təşkilatı, nəşr və birlik universitet rəhbərliyinə kollektiv məktub ünvanlayıb. Məktubda İntizam Komitələrinin qərarlarına etiraz edilib və tətbiq olunan cəzaların ləğvi tələb olunub.

visiontv.az