İrana bağlı hakerlər ABŞ hərbçisinin sosial media hesablarını ələ keçirib
02.06.2026

İrana bağlı olan hakerlər ABŞ Kosmik Qüvvələrinin baş serjantı Con F. Bentiveqnanın idarə etdiyi və əvvəllər ABŞ-nin keçmiş prezidenti Barak Obamanın prezidentliyi dövründə istifadə etdiyi İnstaqram hesablarını sındırıblar.

Məlumata əsasən, hesablara giriş əldə edildikdən sonra profildə dini məzmunlu paylaşımlar yerləşdirilib.

Bundan əlavə, “hekayə” bölməsində İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricaninin fotosu paylaşılaraq “Amerikaya ayaq basacam” ifadəsi yazılıb.

visiontv.az