Millət vəkili İraqa ABŞ sanksiyaları ilə bağlı xəbərdarlıq edib
29.09.2026

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Borucerdi İraqa xəbərdarlıq edərək bildirib ki, Bağdad ABŞ-nin təzyiqi nəticəsində İranın hava tranziti hüququnu məhdudlaşdırarsa, Tehran ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə yenidən baxa bilər.

Deputatın sözlərinə görə, İraq tərəfindən İran aviaşirkətlərinin uçuşlarına məhdudiyyət qoyulması ikitərəfli əməkdaşlığın digər sahələrinə də təsir göstərəcək.

Borucerdi qeyd edib ki, İraq İranın elektrik enerjisi və təbii qaz təchizatından ciddi şəkildə asılıdır. O, bu amilin iki ölkə arasındakı münasibətlərdə nəzərə alınmalı olduğunu vurğulayıb.

visiontv.az