İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şikarçı ABŞ və ya İsrailin İrana qarşı hərbi əməliyyatlarında əməkdaşlıq edən ölkələrin Tehran tərəfindən “müharibə tərəfdaşı” kimi qiymətləndiriləcəyini bildirib.
Qonşu ölkələrə xəbərdarlıq edən general Şikarçı İrana qarşı hücumlarda regional ərazilərdən, hava məkanından və ya obyektlərdən istifadə edilməsinə Tehranın yol verməyəcəyini deyib. O, belə hallara cavab veriləcəyini vurğulayıb.
İranlı hərbçi ölkəsinin asimmetrik müharibə sahəsində təcrübəli olduğunu iddia edib və silahlı qüvvələrin əvvəlki münaqişələrdə bu taktikalardan istifadə etdiyini bildirib. Şikarçı növbəti hücum olacağı halda İranın cavabının “daha sarsıdıcı” olacağını və silahlı qüvvələrin rəqib üçün “sürprizləri” olacağını deyib.
visiontv.az