Bu il sentyabrın 15-dək su hövzələrində xilas edilənlərin ümumi sayı ötən ilin analoji dövrü ilə müqayisədə 73 nəfərdən 107 nəfərə yüksəlib.
Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən birifinqdə deyib.
Qeyd edilib ki, xüsusilə çimərlik mövsümündə suda boğulma təhlükəsi ilə üzləşən və xilas edilən şəxslərin sayı 70-dən 97-yə yüksələlib. Bu da təxminən 39 faiz artım deməkdir.
visiontv.az