"2008-ci ildən bəri Bakı Prosesi müxtəlif maraqlı tərəfləri - hökumətləri, dini liderləri, vətəndaş cəmiyyətlərini, gəncləri və beynəlxalq təşkilatları bir araya gətirib".
Visiontv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib.
"Bunun əsl dəyəri yalnız burada edilən çıxışlarda deyil, ondan sonra baş verənlərdir - praktiki fəaliyyətdə, davamlı tərəfdaşlıqda və yenilənmiş əməkdaşlıqda. Azərbaycanın mədəniyyət naminə sülh təşəbbüsünə ilham verən əsl fəlsəfə də bu idi",- deyə xüsusi elçi diqqətə çatdırıb.
visiontv.az