İran mollası yenə həddini aşdı
27.10.2026

İranda Ekspertlər Məclisinin (ali rəhbəri seçən orqan) üzvü və Bünab şəhərinin cümə imamı Seyid Bağır Seyidi məkirli şəkildə Azərbaycanda vahid məktəb forması tənqid edərək, Azərbaycan dövlətinə hədə-qorxu xarakterli açıqlama verib.

Hökumət mollası həyasızcasına Azərbaycan rəsmilərinin dinə qarşı mübarizə aparanların aqibətindən dərs çıxarmalı olduğunu iddia edib və dini hökmlərə qarşı çıxmağın ciddi nəticələrə səbəb olacağını bildirib.

Seyidi, eləcə də hicablı qızların təhsil müəssisələrinə buraxılmamasını bildirərək, bunu Azərbaycanın İslam kimliyinə zidd adlandırıb. (Rasanews)

Özünü dini hökmlərin keşikçisi sayan bu İran mollası görünür, Azərbaycanın müstəqil dövlət olduğunu və qərarlarını Tehrandakı ruhanilərin göstərişi ilə vermədiyini hələ də anlamayıb. Azərbaycan xalqına dərs keçmək, ölkənin rəhbərliyini hədələmək onun həddi deyil. İran rəsmiləri Azərbaycanı mühakimə etməyə bu qədər həvəslidirlərsə, əvvəlcə öz ölkələrində qadınların hüquqları, məcburi hicab siyasəti və dini hakimiyyətin cəmiyyətə təzyiqləri barədə danışsınlar.

visiontv.az