İran Almaniyanı hədələdi
27.10.2026

Tehran Almaniyanın İrana qarşı döyüş əməliyyatlarına qoşulacağı halda ölkənin hərbi obyektlərini hücumlarla hədələyib.

İran Almaniyaya xəbərdarlıq edib ki, Berlin İslam Respublikasına qarşı açıq münaqişəyə cəlb olunarsa, ölkənin regiondakı hərbi bazaları və obyektləri "qanuni hədəflər"ə çevriləcək.

Bu barədə İranın "Fars" agentliyinin təhlükəsizlik sahəsindəki mənbəsi məlumat yayıb.

Qeyd olunur ki, Tehran Berlini Almaniyada yaşayan və barələrində "əsassız ittihamlar" irəli sürülməyə başlanan iranlıları təqib etməməklə bağlı xəbərdar edib.

visiontv.az