Meyxanaçı Kərim vəfat edib
19.12.2025

Meyxanaçı Kərim Novruzov vəfat edib.

Bu barədə Visioontv.az istinadən xəbər verir ki, bunu onun oğlu məlumat verib.

O, uzun xəstəlikdən sonra bir az əvvəl dünyasını dəyişib.

Xatırladaq ki, 2017-ci ildə meyxanaçı Kərimin beyninə qan sızıb.

Qeyd edək ki, o, 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi olub, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalında ən yüksək mükafat — Qızıl medala layiq görülüb. 2001-ci ildə “Bu gedər, o biri gələr” adlı albomu işıq üzü görüb